9.7 C
Gence
9.7 C
Gence

Bu küçədə asfalt örtüyü ilə yanaşı, işıqlandırılma da yoxdur

Gəncədə bir sıra küçələrin asfalt örtüyü yoxdur. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Belə küçələrdən biri Müslüm Maqomayev adınadır. Burada yol infrastrukturu yoxdur. Sakinlər yayda tozdan, digər fəsillərdə isə palçıqdan əziyyət çəkdiklərini bildirirlər. Bundan başqa, küçə axşam saatlarında işıqlandırılmır.

“Yağmurlu havada küçə keçilməz hala düşür. Hər yan palçıq olur. Asfalt örtüyünün salınmağını istəyirik. Küçənin qaranlıq olması isə digər çətinliklər yaradır. Hava tez qaralır, işdən, dərsdən gələnlər əziyyət çəkir qaranlıqda”, – deyə sakinlər qeyd ediblər.

Ən Çox Oxunan