Gəncədə dördyollardan biri sakinlər üçün təhlükə yaradır. Bu haqda 8 aprel tarixində ATV-yə istinadən məlumat veririk.
Söhbət şəhərin Şota Rustaveli küçəsindən gedir. Burada çox sayda avtomobil qəzaları baş verir. Adıçəkilən küçədə, həmçinin 22 nömrəli orta məktəb də yerləşir. Şagirdlər, müəllimlər və valideynlər yolu keçəndə əziyyət çəkdiklərini və həyəcan keçirdiklərini bildirirlər.
Sakinlər burada mövcud təhlükənin qarşısının alınması üçün yolda piyada keçidi və işıqforun qoyulmasını istəyirlər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sakinlər polisə yazılı müraciət etməlidirlər. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları həmin əraziyə baxış keçirəcəklər.
“Araşdırmanın nəticəsindən sonra əgər müəyyən olunsa ki, orada, həqiqətən də, maneə və yaxud digər sürət azaldan tədbirlər görülməlidir, ondan sonra ərazidə müvafiq tədbirlər görülə bilər.”