10.3 C
Gence
0.5 C
Ganja

“BMW” markalı avtomobil mikroavtobusa çarpılıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 30 oktyabr tarixində məlumat daxil olub.

Hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “BMW” dönmə əməliyyatı yerinə yetirmək istəyib. Nəticədə hərəkətdə olan “Mercedes” markalı mikroavtobusa çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb ediliblər.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb birinci nəqliyyat vasitəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan