16.9 C
Gence
12.5 C
Ganja

Bir sıra küçə və prospektlərdə lüklər baxımsız vəziyyətdədir

Gəncədə bir neçə küçədə lüklər və çuxurlar sakinlər üçün təhlükə yaradır. Bu haqda Gencexeber.az-a 11 noyabr tarixində məlumat daxil olub.

Bu hal şəhərin Azərbaycan Bayrağı prospekti, Rəşid Behbudov və Mehdi Hüseyn, Turgenev və İmadəddin Nəsimi küçələrinin, Nəriman Nərimanov prospekti və İmadəddin Nəsimi küçəsinin kəsişməsində, Adilxan Ziyadxanov, 20 Yanvar, Aida İmanquliyeva, Məmməd Səid Ordubadi, Hacı Əli Hüseynzadə küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə lüklərin və quyuların təmirə ehtiyacı var.

Aida İmanquliyeva küçəsində lük qapaqsızdır. Turgenev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində və 20 Yanvar küçəsində quyular asfalt örtüyünün səviyyəsindən yuxarıdadır. Rəşid Behbudov və Mehdi Hüseyn küçələrinin kəsişməsində, Məmməd Səid Ordubadi küçəsi və Azərbaycan Bayrağı prospektində quyular əmələ gəlib. Sakinlər xəbərdarlıq üçün onlardan birinin içərisinə ağac qoyublar. Nəriman Nərimanov prospekti ilə İmadəddin Nəsimi küçəsinin kəsişməsində və Hacı Əli Hüseynzadə küçəsində lüklər asfalt örtüyünün səviyyəsindən aşağıda yerləşir.

Lüklərin, quyuların və çuxurların cari vəziyyəti avtomobil və piyadalara çətinlik və bəzi hallarda təhlükə yaradır. Sakinlər sözügedən vəziyyətin aradan qaldırılmasını xahiş edirlər.

Ən Çox Oxunan