13.6 C
Gence
13.5 C
Ganja

Bir sıra küçələrin asfalt örtüyünə ehtiyacı var

Gəncədə bir sıra küçələrdə asfalt örtüyü yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 4 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Şah İsmayıl Xətai prospekti, Ərdəbil küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsi, Əyyub Əlizadə ilə Şəddadilər küçələrinin kəsişməsi (keçmiş “Metro” marketin yanı), Nizami Gəncəvi, Uşinski, Səfəvilər küçələri və Mikayıl Rəhimov küçəsinin 3-cü dalanından gedir.

Adıçəkilən ərazilərdə asfalt örtüyünə ehtiyac var. Sakinlər bildirirlər ki, burada yol infrastrukturu olmadığından yağmurlu havada gölməçələr yaranır.

“Küçələrə asfalt örtüyünün salınmasını istəyirik. Hazırkı vəziyyət səbəbindən piyadaların və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. Yolda avtomobillər çuxurlara düşür” – deyə sakinlər əlavə ediblər.

Ən Çox Oxunan