Gəncədə yollarda təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 5 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şah İsmayıl Xətai, Atatürk, Nizami, Heydər Əliyev prospektlərindən, Adil xan Ziyadxanov və bir sıra mərkəzi küçələrindən gedir. Burada yolda maşınların çox hərəkət etdiyi hissələr çöküb. Bu səbəbdən həmin ərazilərə yamaqlar vurulur.
Adıçəkilən küçə və prospektlərə canlı qüvvə və texnika cəlb olunub.