17.5 C
Gence
17.5 C
Gence

Bir nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 5 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. “VAZ 2109” markalı minik avtomobili ilə 9 nömrəli marşrut xəttində işləyən “İsuzu” markalı sərnişin avtobusu toqquşub. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca çarpılıb. Nəticədə “VAZ 2109”un sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan