Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 2 avqust tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “Azərsu” ASC-yə məxsus kommunal təyinatlı yük maşını “VAZ-21099” markalı avtomobillə toqquşub. Nəticədə ikincinin içərisində olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb yük avtomobilinin düzgün manevr etməməsi olub.
Faktla bağlı araşdırma aparılır.