Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 3 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. “VAZ-2107” markalı avtomobili idarə edən Asif Alməmmədov yolu keçmək istəyən iki piyadanı vurub. Gənclər – 23 yaşlı Müseyib İsmayılov və 22 yaşlı Həsrət Tağıyev Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Onlardan birinə kəllə-beyin travması və aşağı ətrafların sınığı diaqnozu qoyulub. Gəncə ilkin tibbi yardım göstərildikdən sonra özəl xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.