Gəncədə bu küçədən keçən sürücülər maneələrlə üzləşirlər. Bu haqda 18 may tarixində Gəncəxəbər.az-a məlumat daxil olub.
Söhbət şəhərin Ordubadi küçəsindən gedir. Belə ki, küçədə hərəkət edərkən ard-arda 4 lükun dəmir plitəsi yoxdur. Bu da sürücülər üçün gecə saatlarında təhlükə səviyyəsinin artmasına səbəb olur.
Sakinlər qeyd edirlər ki, aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.