13.6 C
Gence
13.6 C
Gence

Binaların həyətində yaşanan aktual problemlərdən biri

Gəncədə binalardan birinin sakinləri narazıdırlar. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Heydər Əliyev prospektində yerləşən 147 nömrəli binadan gedir. Həyətdə avtomobillərin düzgün parklanmaması bir sıra sakinlərin narazılığına səbəb olur. Onların sözlərinə görə, maşınlar düzgün saxlanılmadığı üçün hərəkət iştirakçıları çətinliklə qarşılaşırlar. Onlar hətta bəzən blokdan belə çıxa bilmədiklərini bildirirlər.

“Yanğın və ya bədbəxt hadisə zamanı nə FHN, nə də təcili tibbi yardım maşını həyətə girə bilmir. Bu hal tez-tez təkrarlanır”,- deyə sakinlər əlavə ediblər.

Ən Çox Oxunan