Avtobuslar vasitəsilə həyata keçirilən Bakı-Gəncə-Bakı marşrut xəttinin gecə reysləri bərpa olunur. Bu barədə, bu gün, 29 iyul Dövlət avtomobil nəqliyyat xidmətinin (DANX) rəsmisi Nurida Allahyarova bildirib.
Qeyd edək ki, bir nəfər üçün biletin qiyməti 8,40 manat təşkil edir.
Həmçinin Bakı-Göygöl-Bakı və Bakı-Zaqatala-Bakı gecə reysləri də fəaliyyətə başlayıb.
Bundan əvvəl, 15 iyul tarixindən etibarən Bakı Beynəlxalq Avtovağzalından respublikanın Qırmızı Körpü və Şəki istiqamətində gecə reyslərinin bərpa edilib.