21.4 C
Gence
21.4 C
Gence

Bakı-Qazax magistral yolunda Gəncə sakini qəza qurbanı olub

Gəncə şəhər sakini olan xanım yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu haqda yanvarın 12-si Apa.az-a istinadən məlumat veririk.

Qəza Bakı-Qazax magistral yolunun Göranboy rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Ramidə Bayramovanı vurub.

Qadın xəstəxanaya çatdırılıb. O, bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan