12.5 C
Gence
10.5 C
Ganja

Bəzi sürücülər avtomobillərin nömrələrinə müdaxilələr ediblər

Gəncədə bir sıra sürücülər saxlanılıblar. Bu haqda 21 noyabr tarixində DİN-ə istinadən məlumat veririk.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bəzi vətəndaşlar avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə yoxlama zamanı avtomobillərinə digər dövlətlərə məxsus qeydiyyat nişanı bağlayan, məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin nömrələrinə müdaxilə edən sürücülər aşkarlanıblar.

Onlarla maarifləndirici söhbətlər aparılıb və qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. Həmin sürücülərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.

Ən Çox Oxunan