25.8 C
Gence
25.8 C
Gence

Bəzi küçələrdə asfalt örtüyü yoxdur

Gəncədə bir sıra küçələrdə yol infrastrukturu mövcud deyil. Bu haqda Gencexeber.az-a 12 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Sülh, Ruzigar Qasımov küçələri və Qəzənfər Əliyev küçəsi, 1-ci döngədən gedir. Sakinlərin sözlərinə görə, bu ərazilərdə illərdir asfalt örtüyü yoxdur.

Yol nahamar olduğu üçün yağış yağanda küçələrdə gölməçələr yaranır. Bu hal həm piyada, həm də sürücülərin narazılığına səbəb olur. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin problem həllini tapmayıb.

Ən Çox Oxunan