19.1 C
Gence
19.1 C
Gence

Bəzi küçələrdə asfalt örtüyü bərpa olunmalıdır

Gəncədə bir sıra ərazilərdə yolun qazılmış hissəsi sürücülər üçün çətinliklər yaradır. Bu haqda Gencexeber.az-a 18 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Əziz Əliyev və Ozan küçələrindən gedir. Birinci küçədə yolun bir tərəfi qazılıb. Daha sonra üstü örtülsə də, nahamar qalıb. İkinci hal isə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin qarşısında müşahidə olunur. Burada yolun bir hissəsi çöküb və quyu əmələ gəlib.

Sözügedən vəziyyət sürücülər üçün maneə törədir. Bundan başqa, bəzi hallarda sürücülər maşınları quyuya salmamaq üçün yolun əks tərəfinə keçirlər, bu da qəza şəraiti yaradır.

Ən Çox Oxunan