16.4 C
Gence
16.4 C
Gence

Bəzi avtobusların hərəkət və marşrut qrafiki dəyişdirilib: yeni avtobus xətti açılıb

Gəncədə avtobusların hərəkət qrafikində dəyişiklik edilib. Bu haqda məlumatı 21 iyun tarixində Kəpəz televiziyasına istinadən veririk.

Belə ki, yeni açılan 2 saylı “ASAN xidmət” mərkəzinə vətəndaşların gediş-gəlişini asanlaşdırmaq üçün 4 avtobusun hərəkət qrafikində dəyişiklik edilib.

Sərnişindaşıma İdarəsi bir marşurutun yolunu uzadıb. Həmçinin qurum tərəfindən aparılan monitorinqlərin təhlili və müşahidələri nəticəsində Sadılı qəsəbəsinə yeni 10 nömrəli marşrut xətti fəaliyyətə başlayıb.

Bundan başqa, daxil olan müraciətlər nəzərə alınaraq, 9 nömrəli avtobusun yolu 2 saylı “ASAN Xidmət” mərkəzinədək uzadılıb. Bu xətt üzrə hərəkət edən 14 ədəd orta tutumlu avtobus 7 dəqiqə interval ilə fəaliyyət göstərir. Bundan başqa 11, 23 və 29 nömrəli marşrut xəttlərinin hərəkət qrafikində də dəyişikliklər edilib.

Qeyd edək ki, gün ərzində Gəncədə 21 marşurut xətti üzrə 280-ə yaxın avtobus və mikroavtobus əhaliyə xidmət edir.

Ən Çox Oxunan