26.4 C
Gence
26.4 C
Gence

Axşam saatlarında Gəncə küçələri qaranlığa qərq olur

Gəncənin bir çox küçələri gecə saatlarına qaranlığa qərq olur. Bu haqda 29 noyabr tarixində məlumat daxil olub.

Təqdim etdiyimiz foto və video materiallar şəhərin Ruzigar Qasımov küçəsindəndir. Göründüyü kimi, orada işıqlandırma sistemi mövcud olsa da, küçə qaranlıqdı.

Sakinlərin sözlərinə görə, küçə işıqlandırılmır. Bu səbəbdən sürücülərin qəza törətməsi və ya piyadaların vurması ehtimalı birə-bir çoxalır.

Qeyd edək ki, şəhər ərazisində küçələrin işıqlandırılması layihəsi davam etdirilir. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılan işlər zamanı 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılacaq. Layihəyə əsasən, Gəncədə 60-a yaxın küçə sıfırdan işıqlandırılmalıdır.

Ən Çox Oxunan