24.7 C
Gence
24.7 C
Gence

“Axşam olanda küçədən keçməyə qorxuruq”

Gəncənin bəzi küçələri qaranlığa qərq olub. Bu haqda Gencexeber.az-a 7 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Məmməd Bürcəliyev (keçmiş Dram Teatrın yanı), Mirzə Fətəli Axundov, Çexov küçələrindən (Türk Konsulluğunun yanı) gedir. Bu ərazilər axşam saatlarında işıqlandırılmır. Küçələrin birində işıq dirəkləri təzə olsa da, yanmır, digərində köhnədir, üçüncüdə isə ümumiyyətlə yoxdur.

Sakinlərin sözlərinə görə, bu hal xeyli vaxtdır davam edir. “Axşam olanda küçədən keçməyə qorxuruq. Zülmət qaranlıq olur. Küçəmiz işıqlandırılsa yaxşı olardı. Rahat gedib-gələrdik”,- deyə onlar bildirir.

 

Ən Çox Oxunan