24.7 C
Gence
24.7 C
Gence

Avtozavod: 20 nömrəli marşrutun avtobusları xəttə çıxmayıb

Gəncədə marşrut xətlərindən biri üzrə hərəkət edən avtobuslar bu gün səhər işləməyib. Bu haqda Gencexeber.az-a 19 sentyabr tarixində məlumat daxil olub.

Söhbət 20 nömrəli marşrut xəttindən gedir. “Avtozavod” adlanan Cavadxan qəsəbəsinin sakinləri ictimai nəqliyyatın işləməməsi səbəbindən çətinlik çəkiblər. Bir çox uşaqlar məktəbə gedə bilməyiblər.

“Səhər hamı işə getmək, uşaqlarını məktəbə yola salmaq üçün yığılıb. Lakin avtobus gəlməyib. Bu da qəsəbəyə işləyən tək marşrut xəttidir. Bəzilərimiz taksi ilə getdik. Digərləri isə imkan olmadığından evə qayıtdılar”, – deyə sakinlər bildirir.

Hələlik hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı məlumat yoxdur.

Ən Çox Oxunan