14.7 C
Gence
14.7 C
Gence

Avtoxuliqanlara qarşı reyd keçirilib

Şəhərin mərkəzində maşınlarında konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb. Bu haqda məlumat mayın 25-i Gencexeber.az-a daxil olub.

Dövlət Yol Polisi əməkdaşları Heydər Əliyev prospektində yoxlamalar aparıb. Reyd zamanı avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb. Nəqliyyat vasitələrinə baxış keçirilib. Sürücülərlə profilaktik söhbətlər aparılıb.

Xatırladaq ki, mayın əvvəlindən bu günə kimi avtoxuliqanlıq edən 3 nəfər tutulmuşdur. Onlardan ikisinin maşınlarını narkotik vasitə altında idarə etdikləri müəyyən olunmuşdur

Bəzi sakinlər isə “Avtoş”lara qarşı aparılan tədbirlərin kəskinləşməsini isyəyir. Onlar iddia edir ki, ictimai asayişi pozan şəxslərin sayı günbəgün artır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan