5.8 C
Gence
5.8 C
Gence

Avtoxuliqanlıqla məşğul olan üç nəfər saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən üç nəfər saxlanılıb. Gencexeber.az bu barədə 22 iyun tarixində Apa.az-a istinadən xəbər verir.

Dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobil müəyyən edilib. Hadisə yerindən yayınan avtomobilin sürücüsü Sahib Hüseynov tutulub. Məhkəmənin qərarı ilə o, 15 sutkalıq inzibati qaydada həbs edilib.

Monitorinq zamanı daha bir nəfər – Səlim Əmirov saxlanılıb. O, “VAZ” markalı avtomobilinə konstruksiya dəyişikliyi edib və şəhər ərazisində dövlət qeydiyyat nişanı olmadan avtoxuliqanlıqla məşğul olub. Məhkəmənin qərarı ilə Əmirov da inzibati qaydada həbs edilib.

Davam etdirilən tədbirlər nəticəsində digər “VAZ” markalı avtomobilin sürücüsünün qadağan olunmuş çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub. Verilən qərar ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimələnib.

Ən Çox Oxunan