5.8 C
Gence
5.8 C
Gence

Avtoxuliqanlıq və konstruksiya dəyişikliyi edənlər saxlanılıb

Gəncədə bir neçə sürücü saxlanılıb. Bu haqda 10 noyabr tarixində Avtosfer-ə istinadən məlumat veririk.

Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi edərək sürüb. Həmin maşınlar saxlanılaraq duracağa yerləşdirilib və konstruksiya dəyişikliyi aradan qaldırılıb.

Bundan başqa, nömrələrini gizlədərək xüsusi cihaz və radarlardan yayınan, başqa dövlətə məxsus qeydiyyat nişanından və görməni məhdudlaşdıran vasitələrdən istifadə edən sürücülər də saxlanılıb. Həmin sürücülər arasında Vətən Müharibəsi iştirakçıları da olub.

Etdikləri qanun pozuntusunu sosial şəbəkələrdə paylaşan bu və digər sürücülərlə profilaktiki söhbətlər aparılıb. Onlar barəsində qanunamüvafiq tədbir görülüb.

Ən Çox Oxunan