Gəncədə qanun pozuntularına yol verən sürücülər saxlanılıb. Bu haqda 8 iyul tarixində Kriminal Qafqaz-a istinadən məlumat veririk.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində reydlər keçiriblər. 10-a yaxın gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qadağan edilmiş konstruksiya dəyişikliyi ediblər. Onlar digər hərəkət iştirakçılarına təhlükə yaradıblar.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində müvafiq tədbir görülüb.
Qeyd edək ki, saxlanılanlar arasında Vətən Müharibəsi qaziləri və iştirakçıları da olub.