24.3 C
Gence
23.5 C
Ganja

Avtoxuliqanlıq edən şəxsin görüntüləri paylaşılıb

Qaydaları kobud şəkildə pozan sürücünün görüntüləri paylaşılıb. Bu haqda məlumatı sentyabrın 5-i Avtosfer-ə istinadən veririk.

Adıçəkilən redaksiyaya göndərilən videomaterialda aydın şəkildə görünür ki, şəhər ərazisində “Xəzər” markalı avtomobil qeydiyyat nişanları olmadan idarə edilib. Bundan başqa, həmin sürücü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Daha sonra isə işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib.

Videonu qeydə alan sürücü iddia edir ki, Gəncədə bu cür sürücülərə tez-tez rast gəlmək olur. Məsuliyyətdən kənarda qalan belə şəxslərin sayı günü-gündən artır.