24.7 C
Gence
24.7 C
Gence

Avtoxuliqanlıq edən sürücülər saxlanılıblar

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıblar. Bu haqda 1 may tarixində Oxu.az-a istinadən məlumat veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücünü saxlayıblar. Nihad Əsədovun “VAZ 2106” markalı avtomobillə toy karvanında dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilmiş sayrışan işıqlardan istifadə edərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi, digər hərəkət iştirakçılarına təhlükə yaratması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Bundan başqa, təhlükəli manevr edərək qəza şəraiti yaradan Əbülfət Hüseynovun da avtomobili saxlanılaraq duracağa yerləşdirilib. Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Həmçinin keçirilən mütəmadi tədbirlərlə avtomobillərinə qanunsuz konstruksiya dəyişikliyi edən şəxslər barəsində də qanunamüvafiq tədbir görülüb.

Ən Çox Oxunan