24.3 C
Gence
23.5 C
Ganja

Avtomobillərdə konstruksiya dəyişikliyi edən şəxslər saxlanılıb

Gəncədə bir sıra sürücü məsuliyyətə cəlb olunub. Bu haqda 20 iyul tarixində Report-a istinadən məlumat veririk.

Dövlət Yol Polisi idarəsinin əməkdaşları şəhərdə növbəti yoxlama tədbirlərini keçiriblər. Nəticədə bir qrup gəncin müxtəlif markalı avtomobillərdə qadağan edilmiş konstruksiya dəyişikliyi etdiyi müəyyən olunub. Onlar digər hərəkət iştirakçılarına təhlükə yaradıblar.

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində müvafiq tədbir görülüb.

Bildirilib ki, analoji monitorinqlər davam etdiriləcək.

Report.az-dan foto
Report.az-dan foto
Report.az-dan foto
Report.az-dan foto