Gəncədə bir sıra küçələrdə əmələ gələn quyular, çuxurlar və lüklərin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami Gəncəvi və Bakı küçələri, Azərbaycan bayrağı, Heydər Əliyev və Atatürk prospektləri, Şəddadilər və Nizami Gəncəvi küçələrinin, həmçinin Ozan, Qara Qarayev, Təbriz və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsindən gedir. Adlçəkilən ərazilərdə lüklərin, quyuların və çuxurların cari vəziyyəti avtomobil və piyadalara çətinlik yaradır.
Şəddadilər və Nizami Gəncəvi küçələrinin, Ozan, Qara Qarayev, Təbriz və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Nizami Gəncəvi küçəsində avtomobil yolunda çuxurlar əmələ gəlib.
Azərbaycan bayrağı və Atatürk prospektlərində piyada səkisində yerləşən lüklər qapaqsızdır. Bakı küçəsində və Heydər Əliyev prospektində quyular asfalt örtüyünün səviyyəsindən aşağıda və ya yuxarıdadır. Bakı küçəsində, həmçinin qapaqsız artezian quyuları mövcuddur.