Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 11 noyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobilinin qarşısına piyada çıxıb və sürücü sürəti aşağı salıb. Arxasınca hərəkətdə olan “Mercedes”in sürücüsü isə zamanında əyləcə basa bilməyib. Nəticədə nəqliyyat vasitəsi “VAZ-2106”-ya çarpılıb, sonra piyadanı vurub. Sonda isə yolun kənarında dayanmış “VAZ-2107”-yə dəyib.
Qəza zamanı 34 yaşlı qadın sərnişin və 37 yaşlı piyada xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Hər iki zərərçəkən şəhər 3 nömrəli xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.