13.6 C
Gence
13.6 C
Gence

Avtobus minik maşını ilə qəza törədib

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində köhnə Yevlax avtovağzalı adlanan ərazidə qeydə alınıb. “Hyundai” markalı avtomobilin sürücüsü maşını arxaya verərkən 5 nömrəli marşrut xəttinin avtobusuna sürtülüb.

Qəza mübahisəyə səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Ən Çox Oxunan