Yol hərəkəti qaydalarını pozan sürücülər tutulub. Bu haqda məlumatı avqustun 2-si Oxu-ya istinadən veririk.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Nəticədə yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücülər saxlanılıblar.
Bildirilib ki, bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qadağan olunmuş səs siqnallarından istifadə ediblər. Onlardan bəzilərinin nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan, bəzilərinin isə avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Onlarla profilaktik söhbət aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

