Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 18 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Hyundai”in sürücüsü piyada keçidinə yaxınlaşdığı zaman anidən əyləcə basıb. Bu vaxt arxadan gələn “VAZ-2107” markalı maşın ara məsafəsi saxlamadığı üçün həmin avtomobilə çarpılıb. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Prospektdə qəza səbəbindən sıxlıq müşahidə olunub.