Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 29 noyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Qəza şahidlərinin sözlərinə görə, “VAZ 2106” markalı maşın işıqforun qırmızı işığında hərəkət edərək “Mercedes-Benz” markalı avtomobilə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.