25.8 C
Gence
25.8 C
Gence

AAYDA Gəncə-Daşkəsən yolundakı vəziyyət barədə yeni açıqlama yayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə-Daşkəsən yollarında hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bu haqda 9 fevral tarixində Report-a istinadən xəbər veririk.

Marşrut boyu zəif qar yağır. 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri və buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Ən Çox Oxunan