18.6 C
Gence
18.6 C
Gence

Ağamirzə Əhmədov küçəsində yolun bir hissəsi çöküb

Gəncədə avtomobil yolu çöküb. Bu haqda Gencexeber.az-a 15 may tarixində məlumat daxil olub.

Söhbət şəhərin Ağamirzə Əhmədov küçəsindən gedir. Burada bir müddət öncə yeni su və kanalizasiya sistemləri çəkilib. Daha sonra qazılmış ərazilərin üstü örtülüb.

Lakin son günlərdə yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb və çuxurlar əmələ gəlib. Yaranan vəziyyət sürücülərə maneə törədir.

Qeyd edək ki, yolda asfalt örtüyünün olmaması səbəbindən gölməçələr də yaranıb.

Ən Çox Oxunan