19.7 C
Gence
19.7 C
Gence

9 nömrəli marşrut xəttinin avtobusu piyadanı vurub: qadın ölüb

Gəncədə qəzaya düşən qadın xəstəxanada ölüb. Bu haqda 12 aprel tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə ötən gün günorta saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 9 nömrəli marşrut xəttinin “Hyundai” markalı avtobusu yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan