Gəncə sakini magistral yolda ağır qəzaya düşüb. Bu haqda məlumatı iyulun 28-i Bizim.media-ya istinadən veririk.
Hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu, Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılıb.
Avtomobilin sükanı arxasında 63 yaşlı Gəncə sakini Gülarə Əli qızı Biavanigərd olub. Qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.