14.7 C
Gence
14.7 C
Gence

51 yaşlı piyadanı maşın vuraraq öldürüb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən 51 yaşlı kişini vurub. Piyada yerindəcə dünyasını dəyişib.

Qəzanı törədən sürücünün sabiq polis rəisi, mayor Muxtar Abdullayevin oğlu Əli Abdullayev olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Ən Çox Oxunan