19.7 C
Gence
18.5 C
Ganja

4 nömrəli məktəbin yaxınlığındakı hasar təmir olunub

Gencexeber.az-ın işıqlandırdığı daha bir problem həllini tapıb. Bu haqda redaksiyamıza 7 aprel tarixində məlumat daxil olub.

1 aprel tarixində Bülbül küçəsində yerləşən evlərdən birinin qarşısında hasarın üstündəki dəmir parçasının piyadalar üçün təhlükəli vəziyyət yaratması haqda xəbər vermişdik. Bu hal güclü külək səbəbindən baş vermişdir. Piyada səkisi hasara alındığı üçün məktəblilər avtomobil yolu ilə hərəkət etməli olurdular.

Həmin hasar təmir olunaraq təhlükə aradan qaldırılıb.