12.5 C
Gence
10.5 C
Ganja

32 saylı məktəbin qarşısında işıqfor çalışmır

Gəncədə işləməyən işıqfor sakinlər üçün çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 11 avqust tarixində məlumat daxil olub.

Vəziyyət Atatürk prospektindəki 32 saylı tam orta məktəbin qarşısında müşahidə olunur. İşıqforun işləməməsi və piyada zolağının pozulması şəhər sakinləri və məktəblilər üçün çətinlik və təhlükə yaradır.

“Uşaqlarımız dərsə gedib-gələndə yolu keçə bilmirlər”- deyə sakinlər bildiriblər.

32 saylı məktəbin qarşısında işıqfor çalışmır
Foto Gencexeber.az

Ən Çox Oxunan