Gəncə sakininin idarə etdiyi avtomobil aşıb. Bu haqda məlumatı avqustun 13-ü Azərtac-a istinadən veririk.
Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil aşıb. Nəticədə 3 nəfər Gəncə şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Nəqliyyat vasitəsində 29 yaşlı Bəxtiyar Əhmədov, 28 yaşlı Səbinə Əhmədova və 60 yaşlı Yeganə Məmmədova olublar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.

