14.7 C
Gence
14.7 C
Gence

3 kilometrə yaxın ərazi tam işıqlandırılıb

Gəncədə daha bir ərazi işıqlandırılıb. Bu haqda məlumat avqustun 1-i Gencexeber.az-a daxil olub.

Sözügedən işlər Həmidə xanım Məmmədquluzadə ilə Mehmandarov küçələrinin kəsişməsində aparılıb. Həmin ərazidə yerləşən çoxmənzilli yaşayış binalarına aparan yol artıq işıqlandırılıb.

Qeyd edək ki, uzunluğu təxminən 1 kilometrə yaxın olan Həmidə xanım Məmmədquluzadə küçəsində tam olaraq işıqlandırma sistemi quraşdırılıb.  Uzunluğu təxminən 2 kilometr olan Mehmandarov küçəsinin bir çox hissəsi artıq işıqlandırılmışdır, bu mərhələdə isə işlərə yekun vurulub.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan