5.8 C
Gence
5.8 C
Gence

28 may küçəsində piyada keçidi bərpa edilib

Avtomobillərin hərəkətinin sıx olduğu yola “zebra” çəkilib. Bu haqda məlumat avqustun 3-ü Gencexeber.az-a daxil olub.

İşlər Yeni Gəncə qəsəbəsinin 28 may küçəsində görülüb. “Karizma Lounge” adlı restoranın qarşısında piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada keçidi xətləri çəkilib.

Qeyd edək ki, ərazidə öncədən piyada keçidi xətlənməsi olsa da, uzun müddətdir ki, silinmişdir. Həmin ərazidə isə mütəmadi olaraq avtomobil qəzaları baş verir.

 

Ən Çox Oxunan