14.1 C
Gence
11.5 C
Ganja

17 yaşlı oğlanı maşın vurub

Gəncədə piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 30 oktyabr tarixində Apa-ya istinadən xəbər veririk.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. “Toyota Camry” markalı avtomobilin sürücüsü yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı oğlanı vurub.

Nəticədə piyada E.Namazov ağır xəsarət alıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan