Gəncədə binaların qarşısı abadlaşdırılır. Bu haqda Gencexeber.az-a 6 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər 1-ci mikrorayon ərazisində aparılır. Burada 6, 7, 8 və 9 nömrəli binaların həyətində yolların kənarlarına yeni bordürlər düzülüb, bəzilərinin qarşısı artıq asflatlanıb.
Xatırladaq ki, bir müddət öncə 1, 2, 3, 4 və 6-cı binaların həyətlərində aparılan abadlıq işləri haqda məlumat vermişdik.



