25.8 C
Gence
25.8 C
Gence

Yeniyetmə boksçularımız 3 medal qazanıb

Gəncəli idmançılar Respublika birinciliyində uğurla çıxış ediblər. Bu haqda 13 aprel tarixində şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinə istinadən məlumat veririk.

1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə 2008-2009-cu il təvəllüdlü oğlanlar arasında Respublika turniri keçirilib. Burada 16 komanda 196 idmançı ilə mübarizə aparıb. Təmsilçilərimiz yarışda 3 medal (1 qzıl, 1 gümüş və 1 bürünc) qazanıblar.

Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası isə ümumi hesabla III yerə layiq görülüb.

Ən Çox Oxunan