24.7 C
Gence
24.7 C
Gence

Yüksək vəzifəyə təyin olunan gənc kimdir

Gəncəli gənc yüksək vəzifəyə təyin olunub. Bu haqda Gencexeber.az-a 19 sentyabr tarixində məlumat daxil olub.

“Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC-yə yeni direktor təyin edilib. Bu, 23 yaşlı gəncəli Elşən Tağıyevdir.

Tağıyev Elşən Rövşən oğlu 8 iyun 1999-cu ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 26 saylı orta məktəbdə alıb. Daha sonra Gəncə Dövlət Universitetindən bakalavr, Türkiyənin İstanbul Universitetindən isə magistr səviyyəsi üzrə məzun olub. Dörd il müddətində Gəncə Regional Debat Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərən gənc 2017 və 2019-cu illərdə Gəncə şəhər icra başçısı tərəfindən “İlin Gənci” nominasiyası üzrə təltif edilib.

Qeyd edək ki, “Daşkəsən rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz 17 oktyabr 2014-cü ildə istifadəyə verilib. Burada təlim otaqları, konfrans zalı, sərgi salonu, futbol, basketbol və voleybol meydançaları var. Binanın birinci mərtəbəsində stolüstü oyunlar zalı və kafe yerləşir. Müəssisədə “conversation” club, yaradıcılıq mərkəzi, intellektual klubu, şahmat zalı, videostudiya, konfrans zalı, bilyard zalı, 22 ədəd yataq otağı və 6 ədəd kottec mövcuddur.

Ən Çox Oxunan