24.7 C
Gence
24.7 C
Gence

Xanım güləşçimiz dünya çempionatında fərqlənib

Gəncə güləş məktəbinin yetirməsi dünya birinciliyindən müvəffəqiyyətlə ayrılıb. Bu haqda avqustun 19-u Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Bolqarıstanın paytaxtı Sofiyada güləş idman növü üzrə U-20 dünya çempionatı keçirilib. 50 kiloqram çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova polşalı rəqibini 10:0 hesabıyla məğlub edib.

Məşqçi-müəllim Mehman Allahverdiyevin yetirməsi dünya 3-sü olub və bürünc medala yiyələnib.

 

Ən Çox Oxunan