23 C
Gence
18.5 C
Ganja

Turan Bayramov İslamiadada qızıl medal qazanıb

Gəncəli güləşçi İslamiadada uğur əldə edib. Bu haqda 11 avqust tarixində Report-a istinadən məlumat veririk.

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Burada sərbəst güləş üzrə yığmamızın tərkibində Nizami yurdunun yetirməsi Turan Bayramov da mübarizə aparıb. O, 74 kiloqram çəki dərəcəsində iştirak edib. Təmsilçimiz bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan görüşləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev izləyiblər.