14.7 C
Gence
14.7 C
Gence

Taekvondoçumuz Göygöl açıq birinciliyinin 1-ci yerinə sahib olub

Gəncəli məktəbli 18 Oktyabr – Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş yarışın fəxri kürsüsünə çıxıb. Bu haqda Gencexeber.az 18 oktyabr tarixində məlumat verir.

Tunar Məmmədov yeniyetmələr və gənclər arasında keçirilən taekvondo üzrə Göygöl açıq birinciliyində uğurla iştirak edib. 54 kq çəki dərəcəsində çıxış edən məktəbli 1-ci yerə layiq görülüb.

Şagird M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə təhsil alır.

 

Ən Çox Oxunan